Messinin uğursuz seriyası davam edir

Messinin uğursuz seriyası davam edir

Lionel Messinin uğursuz seriyası davam edir. O, “İnter Mayami”də daha bir matçı qol vurmadan bitirib.

Argentinalı MLS-in “Şarlotta”la görüşündə (0:1) fərqlənə bilməyib. Bu qarşılaşma mayamililər üçün mövsümdə sonuncu olub. Çünki klub pley-offa vəsiqə qazana bilməyib.

Messi “İnter Mayami”də keçirdiyi son 5 matçda qol vurmayıb. Argentinalı sonuncu dəfə avqustun 27-də “Nyu-York Red Bulls”la qarşılaşmada (2:0) fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un qış planı

Növbəti yazı

İkardi “Bavariya” ilə matçı buraxacaq