Messinin uğurlu seriyası sona çatdı
Lionel Messinin uğurlu seriyası qırılıb. “İnter Mayami”nin hücumçusu 88 gündən sonra meydanı qolsuz və assistsiz tərk edib.
Argentinalı ulduz MLS-in “Neşvill”lə qarşılaşmasında (0:0) heç nə ilə fərqlənməyib. O, sonuncu dəfə iyunun 3-də belə uğursuzluqla üzləşib. Həmin gün Messi PSJ-nin “Klermon”la matçında (2:3) qol və assistlə yadda qalmayıb.