Messinin transferinə “İnter Mayami”dən reaksiya

Messinin transferinə “İnter Mayami”dən reaksiya

“İnter Mayami”nin direktoru Kris Henderson PSJ-nin hücumçusu Lionel Messinin mümkün transferinə münasibət bildirib. Klub rəsmisi gələn ilin yayında heyətinə qatacaqları bildirilən argentinalının keçidində maraqlı olduqlarını gizlətməyib.

O, istənilən komandanın 35 yaşlı forvarda maraq göstərməsini normal qarşılayıb: “Messi transfer olacağı təqdirdə dünyanın istənilən komandasını dəyişər. Komandamızda onun haqqında spekulyasiya etmək və danışmaq istəmirəm. Amma Leo hər liqanı və formasını geyindiyi istənilən komandanı dəyişər”.

e-Topaz

Əvvəlki yazı

“Mançester Yunayted” Ronaldo ilə bağlı qərarını verdi

Növbəti yazı

“Miluoki” ilk məğlubiyyətini aldı