Messinin PSJ-dəki qazancı
Lionel Messinin Fransa PSJ-si ilə müqaviləsinin maliyyə şərtləri bəlli olub. Argentinalı hücumçu Liqa1 klubunda ümumilikdə 110 milyon avro qazana bilər.
2+1 illik anlaşma imzalayan 34 yaşlı ulduzun illik maaşı 30 milyon avro təşkil edir. Bu rəqəm vergilər çıxıldıqdan sonra Messiyə çatacaq vəsaitdir.
Cənubi amerikalı klubda keçirəcəyi ikinci və üçüncü mövsümlərin hər birində əlavə bonus alacaq. Bu, hər mövsüm üçün 10 milyon avro təşkil edəcək.