Messinin “Leypsiq”lə oyun öncəsi problemi
Lionel Messi Çempionlar Liqasının IV turunu buraxa bilər. PSJ-nin argentinalı hücumçusu “Leypsiq”ə qarşı forma geyinməsi sual altına düşüb.
Buna səbəb futbolçunun əsasən əzələ problemləridir. Eyni səbəbdən Liqa1-in “Lill”lə matçında ikinci hissədə meydana çıxan Messinin dizindədə problem yaranıb. Onun bu qarşılaşmada iştirak edib-etməməsi ilə bağlı qərar sabah veriləcək.