Messinin forması 427 min avroya satıldı

Messinin forması 427 min avroya satıldı

Superulduz futbolçu Lionel Messinin forması fantastik qiymətə satılıb. PSJ-nin hücumçusunun oyun köynəyi 427 min avroya alınıb.

Yeni sahibi argentinalının “Barselona”da 500-cü qolunu vurduğu formasını satın alıb. O, bunun üçün hərracda 427 680 avro ödəyib.

Messi 2017-ci ilin aprelində “Santyaqo Bernabeu”da “Real”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda “Barselona” üçün 500-cü qolunu vurub. Qoldan sonra Lionel köynəyini çıxararaq tribunalara göstərib.

ETOPAZ

Əvvəlki yazı

Müller bir mövsüm daha Münhen klubunda

Növbəti yazı

De Vrey Premyer Liqa klublarının hədəfində