Messinin durumuna aydınlıq gəldi
Argentina millisində ciddi itki davam edir. Komandanın kapitanı Lionel Messi zədəlidir.
Yığmanın baş məşqçisi Lionel Skaloninin köməkçisi Valter Samuel onun durumu barədə danışıb. Mütəxəssis 37 yaşlı hücumçunun Amerika kubokunun 2-ci turunun Çili ilə oyununda əzələsini dartdığını bildirib. O, superulduzun durumunun yaxşıya doğru getdiyini söyləyib:
“Messi paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdir. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə danışacağıq”.