Messili Argentina və son dünya çempionu mübarizəyə başlayır
Qətərdə keçirilən DÇ-2022 davam edir. Bu gün mundialın daha 4 oyunu keçiriləcək. Çempionatın üçüncü oyun günündə C və D qruplarının matçları baş tutacaq.
Lionel Messinin arxasınca daşıdığı Argentina yığması günün ilk oyununda Səudiyyə Ərəbistanını sınağa çəkəcək. C qrupunun digər qarşılaşmasında Meksika ilə Polşa qarşılaşacaq.
D qrupunun ilk oyununda Danimarka ilə Tunis üz-üzə gələcək. Son dünya çempionu Fransa günün son matçında meydana çıxacaq. Titulunu qorumağa iddialı olan “üçrənglilər” ciddi itkilərlə qatıldığı yarışa Avstraliya ilə görüşlə start verəcək.
DÇ-2022 Qrup mərhələsi
I tur, 22 noyabr
C qrupu
14:00. Argentina – Səudiyyə Ərəbistanı
“Lusail” stadionu
D qrupu
17:00. Danimarka – Tunis
“Edyukeyşn Siti” stadionu
C qrupu
20:00. Meksika – Polşa
Stadion 974
D qrupu
23:00. Fransa – Avstraliya
“Al Janub” stadionu