Messidən yeni rekord
Lionel Messi yeni rekorda imza atıb. O, MLS tarixində ardıcıl doqquz matçda bir neçə qol vurmağı bacaran ilk oyunçu olub.
“İnter Mayami”nin ulduzu “Atlanta” ilə görüşdə dublla fərqlənərək komandasına böyükhesablı qələbə (4:0) qazandırıb.
Messi matçın 39 və 87-ci dəqiqələrində fərqlənib. Alba 52-ci, Suarez isə 61-ci dəqiqədə qola imza atıb.












