Messidən yeni rekord

Messidən yeni rekord

“İnter Mayami”nin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb. Argentinalı superulduz MLS tarixində ardıcıl iki dəfə mövsümün ən yaxşı futbolçusu seçilən ilk oyunçu olub.

Bu barədə Liqanın rəsmi saytı məlumat yayıb.

38 yaşlı hücumçu həmçinin ardıcıl iki mövsümdə ən azı 36 qolda iştirak edən ilk MLS oyunçusu kimi də tarixə düşüb.

Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” və “Monako”dan qələbə

Növbəti yazı

Rauf Hüseynlidən yubiley