Messidən rekord
Lionel Messi dünya çempionatlarının pley-off mərhələlərindəki assist sayında rekord vurub. O, futbol karalı Pelenin göstəricisini yeniləyib.
Argentina millisinin kapitanı DÇ-2022-nin 1/4 final mərhələsinin Niderlandla oyununda rekordu rəsmiləşdirib. 35 yaşlı hücumçu pley-offa 5-ci assistinə imza atıb. Messiyə qədər Pele 4 qol ötürməsi ilə rekordçu idi.