Messidən növbəti rekord

Messidən növbəti rekord

“İnter Mayami”nin kapitanı Lionel Messi yeni rekorda imza atıb. 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb.

Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.

ETOPAZ

Əvvəlki yazı

Norris təsnifat mərhələsini lider tamamladı

Növbəti yazı

Siyasət Əsgərov: “Əsas çatışmazlıq budur”