Messidən növbəti dubl
“İnter Mayami” Liqa Kubokunun 1/8 finalında “Dallas”la qarşılaşıb. Görüşün əsas vaxtı 4:4 hesablı heç-heçə ilə nəticələnib.
Penaltilər seriyasında “İnter Mayami” daha dəqiq olub – 5:3. Lionel Messi isə bu matçda da dubl edib. Argentinalı bununla da keçirdiyi dörd oyunda 7-ci qolunu vurub, həmçinin ardıcıl üçüncü dubla imza atıb.