Messidən böyük üstünlük
İFFHS 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. Qurumun səsverməsində Lionel Messi qalib gəlib.
Argentina millisinin və PSJ-nin ulduz futbolçusu mükafatı 275 xalla qazanıb. O, klubdakı komanda yoldaşı, Fransa yığmasının hücumçusu Kilian Mbappeni böyük fərqlə qabaqlayıb. İlk “üçlüy”ü Kərim Benzama qapayıb.
1. Lionel Messi (Argentina, PSJ) – 275
2. Kilian Mbappe (Fransa, PSJ) – 35
3. Kərim Benzema (Fransa, “Real”) – 30
4. Luka Modriç (Xorvatiya, “Real”) – 15
5. Erlinq Haland (Norveç, “Mançester Siti”) – 5