Messidən antirekord
Argentina millisinin ulduzu Lionel Messi antirekorda şərik olub. 35 yaşlı futbolçu mundiallarda 2 penalti qaçıran ikinci futbolçudur.
O, DÇ-2022-nin qrup mərhələsinin III turunun görüşündə Polşa komandasının qapısına təyin olunan 11 metrlik zərbədən yararlana bilməyib. Bu, Messinin ikinci belə uğursuzluğudur. Cənubi amerikalı ulduz DÇ-2018-də də xətaya yol verib. Messi İslandiya ilə matçda penaltini boşa verib.
Bununla da Messi Asamoa Qyana çatıb. Qana millisinin üzvü DÇ-2006-da Çexiya, 4 il sonra Uruqvayın qapısına təyin olunan penaltini vura bilməyib.