Messidən 200 min avroluq hədiyyə

Messidən 200 min avroluq hədiyyə

Argentina millisinin kapitanı Lionel Messi 35 ədəd qızılla bəzədilmiş “iPhone” alıb. O, bu telefonları DÇ-2022-dəki qələbə şərəfinə yığmanın futbolçuları və məşqçilərinə hədiyyə edib.  

Bunu telefonların bəzədilməsi ilə məşğul olan “Indesign Gold” şirkətinin rəhbəri Benjamin Lyon məlumat verib.

Telefonların arxasında milli komandanın futbolçularının adları və forma nömrələri yazılıb. PSJ-nin formasını geyinən Messi hədiyyələrə təxminən 200 min avro xərcləyib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa tarixində 6-cı

Növbəti yazı

100-cü qələbə