Messi və Zidana şərik

Messi və Zidana şərik

DÇ-2022-nin yeddinci oyun günündə Danimarka ilə qarşılaşan Fransa yığması 2:1 hesablı qələbə qazanıb. D qrupunun ikinci turunda əldə olunan qalibiyyət son dünya çempionunu 1/8 finala daşıyıb.

Qarşılaşmada hər iki topa imza atan Kilian Mbappe “üçrənglilər”in heyətində qol sayını 31-ə çatdırıb. O, yığma tarixinin 7-ci bombardiri adına şərikdir. Kilian Zinəddin Zidana çatıb. Rekord isə hərəyə 51 qol vuran Tyerri Anri ilə Olivye Jiruya məxsusdur. Antuan Qrizmann 42, Mişel Platini 41, Kərim Bemzema 37, David Trezeqe 34 dəfə fərqlənib.

Mundiallarda 7-ci dəfə fərqlənən Mbappe Fransanın dünya çempionatlarındakı ən məhsuldar oyunçuları siyahısında 2-ci yerə yüksəlib. Tyerri Anri (6 qol), Zinəddin Zidan və Mişel Platini (hər ikisi 5 qol) keçən Kilian yalnız Jüst Fontendən (13 qol) geri qalır.

Mundiallarda ən çox qol vuran Miroslav Kloze (16 qol) 9 top geri qalan Kilian hazırda DÇ-2022-də iştirak edən oyunçular arasında üçüncüdür. O, yalnız Tomas Müller (10 qol) və Kriştiano Ronaldodan (8 qol) geri qalır. Fransalı forvard Lionel Messi və Luis Suaresə şərik olub.

ETOPAZ

Əvvəlki yazı

Fransa 1/8 finalda

Növbəti yazı

Çempion tilsimi qırdı