Messi və Ronaldo qarşı-qarşıya
“Mançester Yunayted”in və PSJ-nin ulduz futbolçuları Lionel Messi ilə Kriştiano Ronaldo qarşı-qarşıya gəlib. Onlar sosial şəbəkələrdə “Louis Vuitton” brendinin reklam kampaniyasına birgə çəkildikləri fotoları yerləşdiriblər.
Həmin paylaşım milyonlarla bəyəni alıb. Həmçinin, bu futbolçuların ilk dəfə birgə iştirak etdiyi reklamdır.