Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı

Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Brügge”ni 4:1 hesabı ilə məğlub edən PSJ-nin iki qoluna Lionel Messi imza atıb. Argentinalı karyerasında ilk dəfə Belçika təmsilçisini məyus edib.

“Brügge” Messinin Çempionlar Liqasında qol vurduğu 38-ci komandadır. O, bu göstəricidə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Portuqaliyalı da 38 müxtəlif rəqibin qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

İlin ən yaxşı tennisçiləri

Növbəti yazı

“Milan”dan vida, “Leypsiq”lə “Porto” Avropa Liqasında