Messi Ronaldonun rekordunu təkrarladı
PSJ-nin hücumçusu Lionel Messi yeni göstəriciyə imza atıb. O, Fransa çempionatının 31-ci turunun “Lens”lə matçında (3:1) qol vurub.
Argentinalı böyük beşlik liqalarında vurulan top sayına görə portuqaliyalı forvard Kriştiano Ronaldoya çatıb. Hər iki futbolçunun hesabında 495 qol var.