Messi Qətərdə tək qalır

Messi Qətərdə tək qalır

DÇ-2022-nin startına 2 gün qalıb. Argentina millisinin Qətərdə necə məskunlaşması ilə bağlı məqam üzə çıxıb.

Komandanın ulduzu Lionel Messi Dohadakı otelin birnəfərlik otağında qalır. O, Argentina yığmasının heyətində tək məskunlaşan yeganə futbolçudur. Messi karyerasında ilk dəfə böyük turnir zamanı tək qalmalı olur.

Əvvəlki dünya çempionatlarında onun otaq yoldaşı əvvəl Xuan Sebastyan Veron, sonra isə Serxio Aquero idi. Sonuncunun karyerasını bitirməsindən sonra Messi digər futbolçularla qalmamağa qərar verib. O, hətta seçmə oyunlar zamanı da tək qalıb.

Messinin oteldəki qonşuları Nikolas Otamendi və Rodriqo de Pauldur. Üzbəüz nömrədə isə Leandro Paredeslə Anxel Di Mariya məskunlaşıb.

 

ETOPAZ

Əvvəlki yazı

Liqa 1-də ayın oyunçusu bəlli oldu

Növbəti yazı

Günün kuponu – 19.11.2022