Messi PSJ ilə müqaviləsini yeniləyəcək
Argentinalı futbolçu Lionel Messi Fransanın PSJ klubu ilə müqavilənin müddətini artırmağı planlaşdırır. Dünya çempionu fransızlarla karyerasına davam etməkdə maraqlı olduğunu açıqlayıb.
O, 2023-cü ilin yayında bitməli olan müqaviləsini daha bir il uzatmağa razılıq verib.
Qeyd edək ki, Messi 2021-ci ilin yayında 21 il oynadığı “Barselona”dan ayrılaraq PSJ-yə gəlib. O, Fransa çempionluğu yaşadığı komandanın heyətində 53 oyunda 23 qol vurub və 29 məhsuldar ötürmə verib.