Messi “Orlando Siti” ilə oyunu buraxacaq
Lionel Messi “İnter Mayami”nin növbəti oyununu buraxacaq. Bunu baş məşqçi Xerardo Martino açıqlayıb.
O, MLS-in “Orlando Siti” ilə görüşündə iştirak etməyəcək. 36 yaşlı hücumçu “Toronto” ilə qarşılaşmada əvəzlənib.
Qeyd edək ki, bu qarşılaşma sentyabrın 25-də keçiriləcək.