Messi müqaviləni uzadır
Lionel Messinin taleyinə aydınlıq gəlib. Argentinalı hücumçu “İnter Mayami”də qalacaq.
O, ABŞ klubu ilə yeni müqavilə imzalayacaq. 38 yaşlı forvard 2026-cı ilin dekabrına qədər nəzərdə tutulan anlaşma imzalayacaq.
Qeyd edək ki, Messi 2023-cü ili iyulundan MLS təmsilçisində forma geyinir. Onun indiki müqaviləsi ilin sonunda başa çatacaq.