Messi “Monako” ilə matçı buraxa bilər
PSJ-nin hücumçusu Lionel Messinin səhhətində problem yaranıb. O, Liqa1-in 29-cu turunun “Monako” ilə oyununu buraxa bilər.
35 yaşlı oyunçu xəstələndiyi üçün dünənki məşqdə iştirak etməyib. Argentinalı superulduzun “Monako” önündə meydana çıxması bugünkü məşqdəki durumundan asılı olacaq. Məşqçilər korpusu yalnız bundan sonra qərar verəcək.
Qeyd edək ki, “Monako” – PSJ görüşü sabah keçiriləcək.