Messi MLS klubuna keçməyəcək

Messi MLS klubuna keçməyəcək

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi MLS klubu “İnter Mayami”yə keçməyəcək. Bunu ulduz futbolçunun nümayəndəsi Marselo Mendez açıqlayıb.

O bildirib ki, 35 yaşlı ulduz futbolçunun MLS təmsilçisinə transfer olunacağı ilə bağlı xəbərlər şayiədir: “Messi “İnter Mayami”yə keçəcək? Bu yalandır, şayiədir. Lionelin gələn mövsüm “İnter Mayami”yə transferi ilə bağlı heç bir danışıq aparılmır”.

Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 19 oyunda 12 qol vurub, 14 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Onana millidən kənarlaşdırıldı

Növbəti yazı

Günün kuponu – 29.11.2022