Messi meydana qayıdır

Messi meydana qayıdır

Lionel Messi Argentina millisinin qarşıdakı iki oyununda iştirak edə bilər. Zədə səbəbindən PSJ-nin son iki matçını buraxan hücumçu artıq yığmanın düşərgəsindədir.

Millinin həkimləri Messinin Braziliya ilə noyabrın 17-dəki qarşılaşmada 90 dəqiqə oynamasına icazə veriblər. 34 yaşlı futbolçunun Uruqvayla ayın 13-dəki görüşdə də iştirakı mümkündür. Onun bu qarşılaşmada sonradan meydana çıxması daha məqsədəuyğundur.

Xatırladaq ki, PSJ bərpa prosesi keçən Messinin yığmaya çağırılmasının əleyhinə idi.

e-Topaz

Əvvəlki yazı

Bolldan 40 ilin rekordu

Növbəti yazı

Almaniya yığmasının 5 futbolçusu karantində