Messi Maradonanın rekordunu təkrarladı
DÇ-2022-nin yeddinci gününün son oyununda Argentina və Meksika qarşılaşır. C qrupunun II turu çərçivəsində keçirilən matçın ilk 45 dəqiqəsində qol vurulmayıb.
Bu görüş Lionel Messinin dünya çempionatlarında 21-ci oyunudur. O, bu göstəricidə Argentina yığmasının rekordunu təkrarlayıb. Əfsanəvi Dieqo Maradona da mundiallarda 21 matça çıxıb.
Qeyd edək ki, dünya çempionatlarında 2006-cı ildə debüt edən Messi artıq III turun Polşa ilə qarşılaşmasında mütləq rekordçu ola bilər.