Messi məşqlərə başladı
Lionel Messi və komanda yoldaşları növbəti mövsümün hazırlıqlarına başlayıblar.
“İnter Mayami” yeni baş məşqçisi Xavyer Maskeranonun rəhbərliyi altında məşqə çıxıb.
Messinin komandası yanvarın 19-da Meksikanın “Amerika” klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.