Messi məşqlərə başladı
“İnter Mayami”nin hücumçusu Lionel Messi zədəsini sağaldıb. O, ümumi qrupla məşqlərə qayıdıb.
Superulduz “Monterrey”lə KONKAKAF Çempionlar Kubokunun 1/4 final matçı öncəsi komandanın səhər məşqində iştirak edib. Argentinalı bud nahiyəsindən aldığı zədədən sonra ilk dəfə ümumi qrupla çalışmalara başlayıb.
Qeyd edək ki, “İnter Mayami” – “Monterrey” görüşü sabah baş tutacaq.