Messi məşqlərə başladı
“İnter Mayami”nin futbolçusu Lionel Messi məşqlərə başlayıb. Bunu MLS təmsilçisinin baş məşqçisinin köməkçisi Xavyer Morales açıqlayıb.
O bildirib ki, argentinalı hücumçu zədədən sonra komandaya qoşulub. Messi bunadək son dörd oyunu buraxıb.
Lionelin “Sinsinatti” ilə matçda iştirakı gözlənilir. Bu görüş sabah baş tutacaq.