Messi Levandovskiyə çatdı
DÇ-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində Uruqvayla qarşılaşan Argentina yığması 3:0 hesabı ilə qalib gəlib. Komandasının qollarından birinə imza atan Lionel Messi dünya çempionatlarının seçmə mərhələlərinin ən yaxşı bombardirləri sırasında mövqeyini yaxşılaşdırıb.
Uruqvayın qapısından keçirilən top ulduz hücumçunun 27-ci belə qolu olub. Messi bununla da 5-ci yerə şərik olub. O, polşalı Robert Levandovski və yaponiyalı Kadzuyosi Miuraya çatıb.
Dünya çempionatlarının seçmə mərhələlərinin rekordu isə Karlos Ruisə məxsusdur. Qvatemalalı futbolçu 39 qol vurub.
Messi daha üç oyunçudan geri qalır. Əli Daei (İran) 35, Kriştiano Ronaldo (Portuqaliya) 33, Kərim Baqiri (İran) 28 dəfə fərqlənib.