Messi kubokla erkən vidalaşdı
MLS Kubokunun 1/8 final mərhələsinin daha bir pley-off oyunu keçirilib. “DVR Stadium”da “İnter Mayami” “Atlanta Yunayted”i qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2.
Matçda hesabı “İnter Mayami” açsa da, sonradan hesabda geri düşüb. Qarşılaşmanın 65-ci dəqiqəsidə argentinalı ulduz Lionel Messi yenidən status-kvonu bərpa edib – 2:2. Bu, dünya çempionunun karyerasında həm də 850-ci qol olub. Lakin onun da fərqlənməsi komandasına kömək etməyib. “Atlanta Yunayted” daha bir dəqiq zərbə vuraraq, 1/4 finala yüksəlib. Messinin komandası isə yarışla vidalaşıb.