Messi komandadan kənar düşüb

Messi komandadan kənar düşüb

Lionel Messi Argentina yığmasının məşqlərindən kənar qalıb. 35 yaşlı hücumçu DÇ-2022-yə hazırlaşan millinin kollektiv hazırlığında iştirak edə bilmir.

Messi bir gün əvvəl olduğu kimi yenə fərdi qaydada məşq edib. Hazırlıq prosesinə hamıdan gec gələn hücumçu komandaya qoşulmayaraq ayrı çalışmalar yerinə yetirib.

Onun kimi Leandro Paredes, Rodriqo de Paul və Anhel di Mariya da fərdi məşqlər edir. Argentina yığması DÇ-2022-dəki ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Van Deykin ən yaxşı komanda yoldaşı

Növbəti yazı

Fernandu Santuş: “Biz dünya çempionu ola bilərik”