Messi “İnter Mayami”yə keçə bilər
PSJ-nin hücumçusu Lionel Messi 2023-cü ilin yayında müqavilə müddəti bitdikdən sonra komandasını dəyişə bilər. Onun xidmətində “İnter Mayami” maraqlıdır.
35 yaşlı futbolçu və klub nümayəndələri uzun illərdir ki, belə bir keçidi müzakirə edirlər. Bu dəfə transferin olma ehtimalı artıb.