Messi “İnter Mayami”də bu qədər qazanır

Messi “İnter Mayami”də bu qədər qazanır

MLS-də çıxış edən futbolçuların maaşları açıqlanıb. Məvacibi ən yüksək futbolçu Lionel Messi olub.

Liqanın mətbuat xidmətinin yaydığı xəbərə görə, o ildə 12 milyon dollar qazanır (20,4 milyon dollar zəmanətli təzminatla). Həmçinin ən yüksək maaş alan üç futbolçu arasında Serxio Busquets də var – 8,5 milyon (8,7 milyon). Üçüncü yeri “Toronto”nun yarımmüdafiəçisi Lorenzo İnsinye tutur – 7,5 milyon (15,4 milyon).

Xatırladaq ki, bu mövsüm 36 yaşlı hücumçu bütün turnirlərdə 12 oyuna çıxıb, 12 qol vurub və 11 qolun ötürməsini verib.

ETOPAZ

Əvvəlki yazı

Elenni “Arsenal”dan ayrılacaq

Növbəti yazı

Günün kuponu – 19.05.2024