Messi ikinci pillədə
Dünya çempionatları tarixində cərimə meydanından kənarda ən çox qol vuran futbolçuların adları açıqlanıb. Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə keçirilən DÇ-2022-də Meksika ilə görüşdə (2:0) fərqlənərək, rekorda bir addım da yaxınlaşıb.
Mundiallarda ümumilikdə 8 dəfə fərqlənən 35 yaşlı forvard bunun 4-nü uzaq məsafədən vurub. Messi hazırda əfsanəvi almaniyalı Lotar Matteus və uruqvaylı Dieqo Forlanla ikinci yeri bölüşür.
Rekordun sahibi Roberto Rivellinodur. O, Braziliya yığmasının heyətində ümumilikdə 6 qol vurub ki, bunun 5-nə cərimə meydançasının kənarından imza atıb.