Messi dünya çempionatında

Messi dünya çempionatında

ABŞ-nin “İnter Mayami” klubu 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün heyətini açıqlayıb. Yekun siyahıda əvvəllər “Barselona”da birgə çıxış etmiş ulduz futbolçular – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba da yer alıb.

Turnir iyunun 15-də “İnter Mayami” və “Əl Əhli”nin (Misir) qarşılaşacağı açılış oyunu ilə başlayacaq. MLS komandası qrup mərhələsində həmçinin “Porto” (Portuqaliya) və “Palmeyras” (Braziliya) komandaları ilə mübarizə aparacaq. Çempionat iyulun 13-də başa çatacaq.

Qeyd edək ki, yeni formatda 32 klub 8 qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan ilk transfer

Növbəti yazı

“Zirə”də iki yeni müqavilə