Messi daha bir oyunu buraxacaq
Lionel Messinin durumuna aydınıq gəlib. “İnter Mayami”nin argentinalı ulduzu daha bir oyunu buraxacaq.
Hücumçu “Nyu-Yors Siti” ilə sabah keçiriləcək görüşdə forma geyinməyəcək. Buna onun zədəsi səbəb olub.
37 yaşlı futbolçu bu üzdən millinin oyunlarını da buraxıb. Messinin aprelin 3-də “Monterrey”ə qarşı keçiriləcək matça hazır olacağı gözənilir.