Messi Avropaya qayıda bilər

Messi Avropaya qayıda bilər

“İnter Mayami”nin hücumçusu Lionel Messi klubunu tərk edə bilər. “Barselona” futbolçunun geri qaytarılması üzərində işləyir.

“Blauqrana”nın planı Messinin 2026/2027 mövsümü başlamazdan əvvəl Kataloniya komandasında görməkdir.

Bildirilir ki, Messinin geri dönməsi ilə bağlı danışıqlar “Barselona”nın ağır maliyyə vəziyyəti səbəbindən çətin keçəcək.

Qeyd edək ki, 37 yaşlı Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

ETOPAZ

Əvvəlki yazı

Bəhlul Mustafazadə: “Qələbə qazanmaq istəyirik”

Növbəti yazı

Reyndersə İngiltərədən müştəri