Messi “Atlanta Yunayted”lə oynamayacaq
Lionel Messi “İnter Mayami”nin növbəti oyununu buraxacaq. O, MLS-in “Atlanta Yunayted”lə matçında oynamayacaq.
Argentinalı hücumçu səfər görüşünə aparılmayıb. O, komanda ilə məşq etsə də, qarşılaşmanı buraxması məqsədəuyğun sayılıb.
Messi Argentina yığmasının Boliviya ilə matçında da (3:0) forma geyinməyib. Buna onun sağlamlığı ilə bağlı problemlər səbəb olub.