Messi Amerikada qalacaq
“İnter Mayami”nin hücumçusu Lionel Messinin durumuna aydınlıq gəlib. O, Amerika klubunda oynamağa davam etmək niyyətindədir.
Hücumçu Florida klubu ilə müqaviləsini tam yerinə yetirməyə hazırlaşır. Tərəflər arasındakı hazırkı razılaşma gələn ilin sonunda başa çatacaq.
Qeyd edək ki, 37 yaşlı forvard ötən yay “İnter Mayami”nin sıralarına qoşulub, 39 oyun keçirib, 34 qol vurub və 19 məhsuldar ötürmə edib.