Messi 9 ildə ilk dəfə
DÇ-2026-nın seçmə mərhələsinin matçları keçirilir. Argentina Ekvadoru məğlub edib – 1:0.
Son dünya çempionlarının hücumçusu Lionel Messi görüşü başa vura bilməyib. 36 yaşlı argentinalı forvardı 89-cu dəqiqədə Exekiel Palasios əvəzləyib.
Messi son 9 ildə ilk dəfə milli komandanın rəsmi oyununda əvəzlənib. DÇ-2014-ün qrup mərhələsinin Nigeriya ilə matçında (3:2) dubl edən Leo 63-cü dəqiqədə yerini Riki Alvarezə buraxıb.