Messi 3-cü oldu
Lionel Messi “İnter Mayami”nin tarixinin ən yaxşı bombardirləri siyahısına daxil olub. Argentinalı ulduz Liqalar kubokunun “Şarlott”la oyununda fərqlənib.
O, 4:0 hesablı qələbəyə 1 qolla töhfə verib. Messi yeni klubunda keçirdiyi 5 matçda 8 qol vurub. Dünya çempionu “İnter Mayami”nin tarixinin 3-cü bombardiri Robert Teylora çatıb. Mayamililərin ən yaxşı bombardiri isə Qonsalo İquayndır – 29 qol.