Messi 150-yə çatdı: Çempionlar Liqasına 3-cü
Lionel Messi 150-ci dəfə Çempionlar Liqasının oyununa start heyətində çıxıb. Bu yubiley 1/8 final mərhələsinin cavab matçına təsadüf edib.
PSJ-nin hücumçusu “Bavariya” ilə Almaniyadakı görüşünə ilk dəqiqələrdən çıxıb. Argentinalı ulduz yarışın tarixinə bu göstəricidə “150”yə çatan 3-cü futbolçudur.
Mütləq rekord Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı 178 dəfə start heyətdə yer alıb. İker Kasilyasın hesabında 176 belə qarşılaşma var.