Messi 1000-ci oyununda qol vurdu

Messi 1000-ci oyununda qol vurdu

Qətərdə keçirilən DÇ-2022-nin 1/8 final mərhələsində ikinci oyuna start verilib. Argentina və Avstraliya arasında matçda ilk 45 dəqiqə başa çatıb.

Qarşılaşmada hesab 35-ci dəqiqədə açılıb. Messi Argentina millisinin hesabda önə çıxarıb – 1:0.

Bu qarşılaşma cənubi amerikalıların kapitanı Lionel Messi üçün yubileylə əlamətdardır. 35 yaşlı hücumçu karyerasında 1000-ci rəsmi oyunu keçirir.

O, ümumilikdə üç komandanın – yığma və iki klubun formasını geyinib. Messi Argentina millisində 169, “Barselona”da 778, PSJ-də 53 matça çıxıb. İlk görüşünü 2003-cü ildə keçirən Lionel bu müddətdə 789 qol və 338 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Niderland 1/4 finalda

Növbəti yazı

Argentinadan çətin qələbə