Messi “1000”ə çatdı
PSJ Liqa 1-in 26-cı turunda “Nant”la qarşılaşıb. Görüş parislilərin 4:2 hesablı qələbəsi ilə nəticələnib.
Qollardan birini Lionel Messi vurub. Bu, argentinalının 701-ci topu olub. O, həmçinin keçirdiyi 841 matçda 299 məhsuldar ötürmə verib. Hazırda futbolçunun qol+ötürmə sisteminə görə 1000 xalı var.