Mert Çelik futboldan uzaqlaşdırıldı

Mert Çelik futboldan uzaqlaşdırıldı

Mert Çelik mərc oyunlarında iştiraka görə məsuliyyətə cəlb olunub. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. 

Peşəkar Futbol İntizam Qurumu (PFDK) Mert Çelikin 45 gün müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb. 

Qeyd edək ki, Mert Çelik Azərbaycan milli komandasında yalnız bir oyunda meydana çıxıb. O, bu il Belarusla keçirilən (0:2) yoldaşlıq görüşündə forma geyinib. Futbolçu bundan əvvəl Azərbaycanın U-21 yığmasının, eləcə də “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Mançini rəsmən Qətər klubunda

Növbəti yazı

Millimiz İslandiya ilə bacarmadı