Merih Demiraldan yeni müqavilə
“Əl-Əhli” Türkiyə millisinin üzvü Merih Demiralın müqaviləsinin müddətini uzadıb. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, “Əl-Əhli” Merih Demiralı 2023-cü ilin yayında “Atalanta”dan 17 milyon avroya transfer edib.












