Merih Demirala 2 oyunluq cəza
Türkiyə millisində ciddi itki baş verib. Komandanın futbolçusu Merih Demiralın cəzası bəlli olub.
O, qarşıdakı 2 oyunda millisinə kömək edə bilməyəcək. Bu barədə UEFA açıqlama yayıb. Futbolçunun hərəkəti qaydalara zidd hesab olunub.
Demiral AVRO-2024-ün Avstriyaya ilə 1/8 final mərhələsinin oyununda vurduğu qolu “bozqurd” işarəsi göstərərək qeyd edib. Matçda Demiralın dublu sayəsində Türkiyə 2:1 hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib.